Obama Demokratların əsas gündəmini açıqladı
ABŞ-nin sabiq prezidenti Barak Obama Demokratlar Partiyasını süni intellektin tənzimlənməsini siyasi gündəmin əsas istiqamətlərindən birinə çevirməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, “The New York Times” bu barədə məlumat yayıb.
Obama Demokratlar Partiyasının yaxın zamanda keçirilən ianə toplama tədbirində süni intellektin yaratdığı təhlükələr barədə xəbərdarlıq edib. O, süni intellektin inkişafının lazımi səviyyədə nəzarətdə saxlanılmayacağını vurğulayıb.
Sabiq prezident Demokratların Nümayəndələr Palatasındakı lideri Hakim Cefrisə süni intellekt siyasəti ilə bağlı ictimai müzakirələr üçün aydın çərçivə hazırlamağı tövsiyə edib. Onun sözlərinə görə, bu addım Demokratlar aralıq seçkilərdən sonra Nümayəndələr Palatasında nəzarəti yenidən ələ keçirərsə, həyata keçirilməlidir.
Bundan əvvəl “Anthropic” şirkətinin rəhbəri Dario Amodei qabaqcıl süni intellekt modellərinin inkişafının yavaşladılmasına çağırıb. O, 6-12 ay ərzində müstəqil süni intellekt agentlərinin interneti ələ keçirməsinin və yüz milyardlarla dollar həcmində zərər vurmasının nəzəri olaraq mümkün ola biləcəyini bildirib.
Amodeinin xəbərdarlığına İlon Mask və “OpenAI” rəhbəri Sem Altman da dəstək verib. ABŞ Konqresində isə müdafiə sistemlərində istifadə olunan süni intellektin dərhal söndürülməsi imkanının nəzərdə tutulması tələb olunub.
21:29 13.09.2026
Oxunuş sayı: 51