Sərxoş halda avtomobil idarə edən NAZİR işdən çıxarıldı
Latviyanın rifah naziri Reynisis Uzulnieks sərxoş halda avtomobil idarə etdiyi üçün vəzifəsindən azad edilib.
Crossmedia.az xəbər verir ki, “Sputnik Latviya” bu barədə məlumat yayıb.
Baş nazir Andris Kulberqsin qərarı ilə Uzulnieks vəzifəsindən çıxarılıb. Baş nazir bildirib ki, nazirin sükan arxasında alkoqollu vəziyyətdə olması tam məsuliyyətsizlik və cəmiyyət üçün təhlükədir.
Polisin məlumatına görə, Uzulnieks sentyabrın 12-də avtomobili sərxoş vəziyyətdə idarə edərkən saxlanılıb. Onun qanında alkoqolun miqdarı 3,09 promil təşkil edib. Bu göstəricinin təxminən 300-400 millilitr güclü spirtli içkiyə uyğun olduğu bildirilir.
Məlumatda qeyd olunur ki, polisin açıqlamasında sürücünün adı çəkilməsə də, idarə etdiyi avtomobilin keçmiş nazirə məxsus “Skoda Kodiaq”a uyğun gəldiyi bildirilir.

20:46 13.09.2026
Oxunuş sayı: 54