Zelenski keçmiş mətbuat katibinə sanksiya tətbiq edib
Ukrayna Prezidenti Volodimir Zelenski keçmiş mətbuat katibi Yuliya Mendelə qarşı sanksiya tətbiq edib. Mendel son dövrlərdə Zelenskini açıq şəkildə tənqid edən şəxslərdən biri kimi çıxış edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Sanksiyalar Ukrayna və Rusiyanın daha 9 vətəndaşına da şamil olunub. Sərəncamda onların “dezinformasiya yaydığı” bildirilib.
Mendel may ayında Taker Karlsona müsahibəsində Zelenskini sülhə nail olunmasına maneələrdən biri adlandırıb və onu qeyri-ardıcıl siyasət yürütməkdə ittiham edib. Keçmiş mətbuat katibi son günlərdə də Ukrayna liderini tənqid edərək onun ölkədəki vəziyyəti olduğundan daha müsbət göstərməyə çalışdığını bildirib.
21:57 13.09.2026
Oxunuş sayı: 48