Gənc təqaüdçü gənə dişləməsindən sonra təhlükə ilə üzləşdi
Concord şəhərində yaşayan 66 yaşlı təqaüdçü əczaçı Con Reyqan mayın əvvəlində dərisindən gənə çıxarıb. Açıq havada vaxt keçirməyi sevən Reyqan ov edir, balıq tutur və övladlarının itləri ilə uzun gəzintilərə çıxırdı.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Reyqan yaşadığı bölgədə geniş yayılan Laym xəstəliyinin təhlükəsindən xəbərdar olub və gənəni evə qayıtdıqdan dərhal sonra çıxarıb. O, yoluxmuş gənənin xəstəliyi insana ötürməsi üçün təxminən 36 saat lazım olduğunu bildiyindən təhlükənin qarşısını aldığını düşünüb.
06:33 13.09.2026
Oxunuş sayı: 49