İrlandiyada Trampın səfərinə qarşı etiraz yürüşü keçirilib
İrlandiya xalqı ABŞ Prezidenti Donald Trampın ölkəyə səfərinə etiraz olaraq yürüş keçirib.
Crossmedia.az xəbər verir ki, etirazçılar sosial şəbəkələrdə “Trampın zorakılığına qarşı bir addım olaraq yürüş edirik” mesajını yayıblar.
Etirazçılar dənizdə hücumları və mülki şəxslərin öldürülməsini ABŞ-ın beynəlxalq ədalətə və qaydalara əsaslanan dünya nizamına qarşı hücumlarının nümunəsi kimi qiymətləndiriblər. “Bəşəriyyət qalib gəlməlidir” çağırışı ediblər.
20:13 12.09.2026
Oxunuş sayı: 52