Eyni binada yüzlərlə insan, amma heç kim bir-birini tanımır
Böyük şəhərlərdə insanlar yüzlərlə qonşu ilə eyni binada yaşasalar da, bir-biri ilə ünsiyyətin çox məhdud olduğunu və özlərini tənha hiss edə bildiklərini deyən qadın sosial şəbəkədə diqqətçəkən paylaşım edib.
Crossmedia.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb. Sunita Badal Instagram-da paylaşdığı videoda eyvandan hündürmərtəbəli yaşayış binalarını göstərərək müasir şəhər həyatının diqqətdən kənarda qalan tərəflərindən danışıb.
O bildirib ki, böyük yaşayış kompleksləri icma yaratmaq məqsədi ilə inşa edilsə də, bəzən burada yaşayan insanlar bir-birlərinə kifayət qədər diqqət göstərmirlər. Qadın bu vəziyyətin insanların fiziki olaraq bir-birinə yaxın yaşamasına baxmayaraq, sosial baxımdan uzaqlaşmasına səbəb olduğunu vurğulayıb.
21:25 12.09.2026
Oxunuş sayı: 50