Putindən BMT-lə bağlı gözlənilməz təklif
Rusiya Prezidenti Vladimir Putin BMT Təhlükəsizlik Şurasının tərkibinin Qlobal Cənub ölkələrinin hesabına genişləndirilməsinin vacibliyini bildirib.
Crossmedia.az xəbər verir ki, Putin bunu BRICS sammitində çıxışı zamanı deyib.
O qeyd edib ki, BRICS ölkələri siyasət və təhlükəsizlik də daxil olmaqla əsas istiqamətlər üzrə əməkdaşlığı gücləndirir və təşkilatın dünyadakı nüfuzu getdikcə artır.
Putinin sözlərinə görə, dünyada sülh və sabitliyin təmin olunmasına daha çox ölkə cəlb edilməlidir. O, birtərəfli dünya sisteminin keçmişdə qaldığını, çoxqütblü dünyanın formalaşmasının isə müəyyən müqavimətlərlə üzləşdiyini vurğulayıb.
Rusiya lideri həmçinin BVF, Dünya Bankı və ÜTT-də islahatların aparılmasının çoxdan yetişdiyini və qlobal iqtisadi fəallığın getdikcə inkişaf etməkdə olan bazarlara yönəldiyini bildirib.
19:28 12.09.2026
Oxunuş sayı: 52