ABŞ-də minlərlə insanı xəstələndirən kahı epidemiyası bitdi
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) buz kahısı ilə əlaqəli siklosporiaz epidemiyasının başa çatdığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Qida və Dərman Administrasiyası (FDA) məlumat yayıb. Epidemiyanın başa çatmasına baxmayaraq, FDA Meksikanın mərkəzi bölgələrindən gətirilən və geri çağırılan buz kahısı ilə əlaqəli yoluxmalar üzrə araşdırmanı davam etdirəcək.
Məlumata görə, 21 ştatı əhatə edən epidemiya nəticəsində ən azı 12 883 nəfər xəstələnib, onlardan 570-i xəstəxanaya yerləşdirilib, 2 nəfər isə ölüb. FDA geri çağırılan kahı məhsullarının artıq bazardan çıxarıldığına əmin olduğunu bildirib.
07:45 13.09.2026
Oxunuş sayı: 40