Çin 2027-ci ildə BRICS-ə sədrlik edəcək
Çin 2027-ci ildə BRICS-ə sədrlik edəcək və növbəti, 19-cu BRICS Liderlər Zirvəsinə ev sahibliyi edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Xinhua məlumat yayıb. Çin Prezidenti Si Cinpin bunu Yeni Dehlidə keçirilən 18-ci BRICS Liderlər Zirvəsində açıqlayıb.
Zirvənin Çinin hansı şəhərində keçiriləcəyi hələ məlum deyil. Çin daha əvvəl 2011-ci ildə Sanya, 2017-ci ildə Siamın və 2022-ci ildə Pekin olmaqla üç dəfə BRICS sammitinə ev sahibliyi edib.
04:35 13.09.2026
Oxunuş sayı: 56