Qusarda kəsici alətlə ictimai asayişi pozan şəxs saxlanılıb
Qusar rayonunda kəsici alətlə ictimai qaydanı pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib.
Crossmedia.az xəbər verir ki,bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Məlumata görə, 22 yaşlı şəxs polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq edilməklə saxlanılaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
21:59 12.09.2026
Oxunuş sayı: 47