Putin Ukraynanı bu qış kapitulyasiyaya məcbur edə bilər
Rusiya Prezidenti Vladimir Putinin bu qış Ukraynaya qarşı təzyiqləri artıraraq Kiyevi kapitulyasiyaya məcbur etməyə çalışdığı iddia olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə BILD avstriyalı hərbi ekspert Markus Raysnerin fikirlərinə istinadən yazıb. Onun sözlərinə görə, Kreml soyuq hava şəraitindən və enerji sistemi ilə kritik infrastruktura kütləvi zərbələrdən istifadə edərək humanitar böhran yaratmağı və Ukrayna cəmiyyətinin müqavimətini qırmağı planlaşdırır.
Raysner Ukraynanın əsas zəif nöqtələrindən birinin hava hücumundan müdafiə sistemləri, xüsusilə “Patriot” raketlərinin çatışmazlığı olduğunu bildirib. Eyni zamanda Rusiyanın dronlarla zərbə imkanlarını genişləndirdiyi və hava hücumlarını gücləndirməyə hazırlaşdığı qeyd olunur.
Ekspertin qiymətləndirməsinə görə, qarşıdakı qış müharibənin gedişində həlledici ola bilər. O, hazırda Moskvanın güzəştə getməyə və müharibəni dayandırmağa hazır olduğuna dair əlamətlərin olmadığını vurğulayıb.
20:26 12.09.2026
Oxunuş sayı: 41