Rusiyanın Gelencik hava limanında uçuşlar məhdudlaşdırıldı
Rusiyanın Gelencik hava limanında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb. Bildirilib ki, məhdudiyyətlər uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq olunub.
Qeyd edək ki, bundan əvvəl Qara dənizdə Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının tankerə hücumundan sonra “Armada Lider” tankerinin kapitanı Oleq Vıqonnının itkin düşdüyü açıqlanmışdı.
21:42 12.09.2026
Oxunuş sayı: 51