Ukrayna avqustda Rusiyaya 70 nəticəli zərbə endirib
Avqust ayında Ukrayna tərəfindən Rusiyanın ərazisinə 70 nəticəli PUA və raket zərbəsi endirildiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, OSINT analitiki Oko Gora bu barədə məlumat yayıb.
Analitikin hesablamalarına görə, avqustda Rusiyada qeydə alınan nəticəli zərbələrin sayı son aylarda ən yüksək göstəriciyə çatıb.
Zərbələrin 23-ü neft emalı zavodlarına, daha 23-ü isə müxtəlif anbarlara yönəlib. Bundan başqa, limanlara 8, aerodromlara 7, hərbi-sənaye kompleksi ilə əlaqəli müəssisələrə isə 5 zərbə qeydə alınıb.
İki zərbənin yarımstansiyalara, daha iki zərbənin isə hərbi obyektlərə endirildiyi bildirilir.
Müqayisə üçün, Oko Gora iyul ayında Rusiyada 65, iyunda 42, mayda isə 49 nəticəli zərbə qeydə almışdı.
Beləliklə, avqust göstəricisi iyulla müqayisədə 5, iyunla müqayisədə 28, mayla müqayisədə isə 21 zərbə çox olub.
12:46 12.09.2026
Oxunuş sayı: 45