Fransa FİFA rəhbərliyi üçün yeni namizəd axtarır
Fransa Futbol Federasiyası FİFA prezidenti Canni İnfantinoya dəstəyini dayandırdıqdan sonra quruma yeni namizəd axtarışına başlayıb.
Crossmedia.az xəbər verir ki, “Foot Mercato” bu barədə məlumat yayıb.
Federasiyanın prezidenti Filip Diallo bildirib ki, İnfantinoya olan etimad itib və hazırkı futbol idarəçiliyi onların baxışları ilə uyğun gəlmir. Onun sözlərinə görə, növbəti seçkilərdə Fransanın maraqlarını müdafiə edəcək namizəd müəyyənləşdiriləcək.
Daha əvvəl Fransa İnfantinoya dəstəyini dayandırdığını açıqlayıb. İtaliya, Şimali İrlandiya, Norveç, Danimarka, Finlandiya, İslandiya, İsveç və Farer adaları da oxşar mövqe nümayiş etdirib.
Fransa Futbol Federasiyası FİFA-nın idarəetmə sistemində genişmiqyaslı islahat planının hazırlanmasını təklif edib. Təşkilat yaxın günlərdə Fransa və beynəlxalq futbolun aparıcı nümayəndələri ilə məsləhətləşmələrə başlayacağını bildirib.
Federasiyanın fikrincə, bu proses FİFA-ya etimadın bərpasına, şəffaflığın artırılmasına, həmçinin qurumun müstəqilliyinin və nüfuzunun təmin edilməsinə xidmət etməlidir.
11:40 12.09.2026
Oxunuş sayı: 47