Putin Hindistana gedir: Səfərlə bağlı HAZIRLIQLAR BAŞLADI
Yeni Dehlidəki şirniyyatçılar Rusiya prezidenti Vladimir Putinin Hindistana səfəri münasibətilə şokoladdan matryoşkalar hazırlayıblar.
Crossmedia.az xəbər verir ki, RİA Novosti yerli televiziya kanalına istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, şokolad matryoşkalar Rusiya mədəni irsini, ənənələrini, birliyi və nəsillərarası davamlılığı simvolizə edir.
Putinin səfəri üçün aşpazlar həmçinin Hindistan mətbəxinə aid şirniyyat və inqrediyentlərdən ibarət thali hazırlayıblar. Yeməkdə Rusiya və Hindistan mədəniyyətini əks etdirən elementlərdən istifadə olunub.
Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov daha əvvəl Vladimir Putinin dünyada böyük hörmətə malik olduğunu bildirib. O, bunu Yeni Dehlidə keçirilən BRİKS biznes forumu zamanı da müşahidə etdiyini deyib.
10:44 12.09.2026
Oxunuş sayı: 45