Tramp amerikalılara 5 min dollar vəd edib
ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Konqresdə nəzarəti saxlayacağı təqdirdə hər yetkin amerikalıya 5 min dollar ödəniləcəyini vəd edib. Təklifin ümumi dəyərinin təxminən 1,3 trilyon dollar olacağı bildirilir.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Tramp bu vədi Respublikaçılar Partiyasının Dallasda keçirilən qurultayında səsləndirib. Ödənişlərin 2026-cı il aralıq seçkilərində Respublikaçılar Konqresdə nəzarəti saxlayacağı təqdirdə həyata keçirilməsi nəzərdə tutulur.
Bu, Trampın hazırkı prezidentlik müddətində amerikalılara birbaşa ödənişlərlə bağlı irəli sürdüyü dördüncü vəd kimi təqdim olunur. Bundan əvvəl 5 min dollarlıq "DOGE dividenti" və tarif gəlirləri hesabına 2 min dollarlıq ödəniş də daxil olmaqla müxtəlif təşəbbüslər səsləndirilsə də, onların heç biri reallaşmayıb.
ABŞ prezidenti xəzinəyə öz qərarı ilə vəsait paylamaq göstərişi verə bilməz. Belə ödənişlərin həyata keçirilməsi üçün Konqresin ayrıca qanun qəbul etməsi tələb olunur.
Bu səbəbdən təklifin reallaşıb-reallaşmayacağı və maliyyələşmə mexanizminin necə olacağı hələ məlum deyil. Trampın yeni vədi ilə bağlı bəzi respublikaçı siyasətçilər və iqtisadçılar da şübhələrini ifadə ediblər.
19:59 11.09.2026
Oxunuş sayı: 43