Dmitri Donskoyun müqəddəs yadigarı cəbhəyə göndərildi
Rusiya Pravoslav Kilsəsi orta əsrlərdə yaşamış knyaz Dmitri Donskoyun sağ əlinin bir hissəsini Ukraynada döyüşən Rusiya hərbçilərinə göndərib.
Crossmedia.az xəbər verir ki, “The Guardian” bu barədə məlumat yayıb.
Kilsənin açıqlamasına görə, relikviyanın hərbçilərə çatdırılmasında məqsəd onları mənəvi cəhətdən gücləndirməkdir.
Dmitri Donskoy XIV əsrdə Moskva knyazı olub. O, 1380-ci ildə Kulikovo döyüşündə Qızıl Orda qüvvələri üzərində qələbə qazanması ilə tanınır.
Donskoyun qalıqlarının bir hissəsinin Ukraynadakı Rusiya qoşunlarına göndərilməsi kilsənin müharibə ilə bağlı mövqeyinin daha bir nümunəsi kimi qiymətləndirilir.
Relikviyanın cəbhəyə göndərilməsi Rusiya Pravoslav Kilsəsinin hərbçilərə dini və mənəvi dəstək göstərmək fəaliyyətinin bir hissəsidir.
18:09 11.09.2026
Oxunuş sayı: 44