250 min manatlıq DƏLƏDUZLUQ- DÖVLƏT QURUMU ADINDAN BELƏ İSTİFADƏ EDİRLƏR
Naxçıvanda dövlət qurumunun adından istifadə edərək 250 min manatdan çox vəsaiti dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən şəxs yaxalanıb.
Crossmedia.az xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət qurumunun adından istifadə edərək vətəndaşları aldadan İlkin Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onun vətəndaşlara obyekt tikintisinə sərəncam verilməsi ilə bağlı dövlət qurumu adından saxta sənəd hazırlayaraq təqdim etdiyi və bu yolla ümumilikdə 250000 manatdan çox pul vəsaitini dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən olunub.
Faktla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinin (DİN) İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
14:43 11.09.2026
Oxunuş sayı: 44