Bu günün havası belə olacaq - PROQNOZ
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.
Crossmedia.az xəbər verir ki, havanın temperaturu gecə 16-18° isti, gündüz 22-26° isti olacaq.
Azərbaycanın rayonları da hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-19° isti olacaq.
09:03 09.09.2026
Oxunuş sayı: 57