Saksoniya seçkiləri Avropada ciddi narahatlıq yaratdı
İspaniyanın Baş naziri Pedro Sançes Saksoniyada keçirilən seçkilərdə ifrat sağçıların uğurunu Avropa üçün xəbərdarlıq kimi qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, Pedro Sançes bu barədə açıqlama verib.
Sançes bildirib ki, seçkinin nəticələri Avropada və dünyada ifrat sağçı qüvvələrdən gələn təhlükənin artdığını göstərir.
İspaniya hökumətinin başçısı bu tendensiyanın ənənəvi sağçı qüvvələrin geri çəkilməsi ilə daha da gücləndiyini deyib.
Sançesin sözlərinə görə, seçkilərin nəticələri İspaniyada fəaliyyət göstərən mütərəqqi koalisiya kimi hökumətlərə ehtiyacın əvvəlkindən daha çox olduğunu göstərir.
17:09 07.09.2026
Oxunuş sayı: 54