Koxalski “Qarabağ”dan ayrılıb
Polşalı qapıçı Mateuş Koxalski “Qarabağ” klubundan ayrılıb.
Crossmedia.az xəbər verir ki, futbolçu Azərbaycan Premyer Liqasının IV turunda “Araz-Naxçıvan”la oyundan sonra azarkeşlərlə vidalaşıb.
26 yaşlı qapıçı 2024-cü ilin avqustunda “Qarabağ”a qoşulmuşdu. O, Ağdam klubunda 2024/25 mövsümündə Azərbaycan çempionu olub.
Koxalskinin “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə idi. Onun klubdan ayrılması ilə bağlı tərəflərin razılığa gəldiyi bildirilir. “Qarabağ” hələ məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb.
Koxalski “Qarabağ”a keçməzdən əvvəl Polşanın “Stal Mielec” klubunda çıxış edib və 2023/24 mövsümündə Ekstraklasanın ən yaxşı qapıçısı seçilib.
11:57 07.09.2026
Oxunuş sayı: 40