Moskvadakı görüşdən açıqlama: Uitkoff Putinin münasibətini qeyd etdi
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putin və onun komandasının Moskvaya səfərlərinin hər birində ABŞ nümayəndə heyətinə hörmətlə yanaşdığını bildirib.
Crossmedia.az xəbər verir ki, TASS bu barədə məlumat yayıb.
Uitkoff bu sözləri Kiyevdə keçirilən danışıqlardan sonra mətbuat konfransında deyib. O bildirib ki, Moskva ilə Vaşinqton arasında ünsiyyətin yaxşı olması və hər iki tərəflə münasibətlərin qorunması sülh razılaşmasına nail olmaq üçün vacibdir.
ABŞ nümayəndəsinin sözlərinə görə, tərəflər arasında etimad və effektiv kommunikasiya olmadan münaqişənin siyasi yolla həllinə nail olmaq çətindir.
Uitkoffun Moskvaya səfəri ABŞ-ın Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik səylərinin bir hissəsidir. O, sentyabrın 5-də ABŞ prezidentinin kürəkəni və nümayəndəsi Cared Kuşnerlə birlikdə Vladimir Putinlə üç saatdan çox davam edən görüş keçirib.
Sentyabrın 6-da Uitkoff və Kuşner ilk dəfə Kiyevə səfər edərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüblər. Tərəflər sülh danışıqlarının davam etdirilməsi və növbəti addımları müzakirə ediblər.
ABŞ nümayəndələrinin Moskva və Kiyev səfərləri Vaşinqtonun Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün yeni diplomatik təşəbbüs çərçivəsində həyata keçirilir.
21:52 06.09.2026
Oxunuş sayı: 51