Ukrayna hərbçiləri rotasiya zamanı bir-birinə atəş açıb
Ukraynanın Sumı vilayətində 21-ci əlahiddə mexanikləşdirilmiş briqadanın hərbçiləri onları əvəz etməyə gələn digər ukraynalı hərbçilərlə atışmaya girib.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə məlumat yayıb.
Məlumata görə, hadisə Sumı vilayətinin Velikaya Rıbitsa ərazisində baş verib. Rusiya təhlükəsizlik strukturlarındakı mənbənin agentliyə verdiyi məlumata görə, atışma idarəetmədə koordinasiyanın olmaması səbəbindən baş verib.
Bildirilib ki, rotasiya üçün gələn hərbçilərlə mövqelərdə xidmət edən hərbçilər arasında qarşıdurma yaşanıb.
Hadisə nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib.
13:29 06.09.2026
Oxunuş sayı: 54