Kremldə kritik görüş başlayıb - YENİLƏNİB
Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə Kremldə görüşə başlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Putin görüş zamanı müzakirə üçün vəziyyətin asan olmadığını bildirib.
Rusiya lideri həmçinin ABŞ Prezidenti Donald Trampa təşəkkürlərini və ən xoş arzularını çatdırıb.
20:40
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin olduğu kortej Kreml ərazisinə daxil olub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Uitkoff və Kuşnerin Rusiya Prezidenti Vladimir Putinlə görüşünün Kreml ərazisində keçirilməsi gözlənilir.
21:10 05.09.2026
Oxunuş sayı: 35