Türkiyədə aktyor evində ölü tapılıb
Türkiyəli məşhur aktyor Serhat Mustafa Kılıç İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb.
Crossmedia.az ˝Haber Global˝a istinadən xəbər verir ki, Kılıçdan cümə axşamından etibarən xəbər ala bilməyən sevgilisi Özlem E. onun evinə gedib.
Qapını açarla açaraq içəri daxil olan qadın aktyoru qonaq otağındakı kresloda hərəkətsiz vəziyyətdə görüb.
Kılıçın nəfəs almadığını və bədəninin soyuq olduğunu görən Özlem E. təcili tibbi yardıma məlumat verib. Hadisə yerinə polis və tibbi briqadalar göndərilib. Həkimlər aktyorun öldüyünü müəyyən ediblər.
Özlem E. polisə verdiyi ifadədə Kılıçın limfa xərçəngindən əziyyət çəkdiyini və bir neçə gündür ondan xəbər ala bilmədiyini bildirib. Hadisə ilə bağlı araşdırma başlanıb.
20:20 05.09.2026
Oxunuş sayı: 59