Səfonovun göstəriciləri pisləşir: 3 oyunda 6 top buraxdı
PSJ-nin qapıçısı Matvey Səfonov Fransa Liqasının 2024/25 mövsümünün ilk üç turunda qapısına gələn 9 zərbədən 6-sını buraxıb.
Crossmedia.az xəbər verir ki, “Sport-Ekspress” bu barədə L'Equipe nəşrinə istinadən məlumat yayıb.
27 yaşlı rusiyalı qapıçı son olaraq “Monako” ilə matçda (1:2) qapısına yönələn iki zərbədən sonra iki qol buraxıb. Bundan əvvəl PSJ “Renn” və “Lill”lə qarşılaşmalarda 2:2 hesablı heç-heçə edib.
Səfonov üç tur ərzində cəmi üç seyvlə yadda qalıb. Beləliklə, onun buraxdığı qolların sayı dəf etdiyi zərbələrin sayından iki dəfə çox olub.
Üç turdan sonra PSJ cəmi 2 xal toplayıb və Fransa çempionatında 12-ci pillədə qərarlaşıb. Fransa mətbuatı “Monako” ilə oyundan sonra Səfonova komandanın heyətində ən aşağı qiymətlərdən birini verib.
Səfonov yay transfer dönəmində PSJ-yə keçib və 2029-cu ilədək müqavilə imzalayıb. Transfermarkt portalı qapıçının bazar dəyərini 30 milyon avro qiymətləndirir.
16:36 05.09.2026
Oxunuş sayı: 50