Rusiya Ukraynaya qarşı yeni tip dronların hücumlarını artırdı
Rusiyanın Ukraynaya qarşı reaktiv mühərrikli dronlardan istifadəsini artırması Kiyevdə demək olar ki, fasiləsiz hücumlara və gündəlik həyatın ciddi şəkildə çətinləşməsinə səbəb olur.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Məlumata görə, daha sürətli hərəkət edən yeni tip dronların qarşısının alınması daha çətindir və onların hücumları şəhərdə ciddi narahatlıq yaradır.
Kiyevdə sakinlər nəqliyyatda gecikmələrlə üzləşir, məktəblərdə dərslər zamanı uşaqlar sığınacaqlara aparılır, bəzi festivallar ləğv edilir. Şəhərdə adi gəzintilər belə hava hücumundan müdafiə sistemlərinin səsləri ilə müşayiət olunur.
“Reuters”in yazdığına görə, Kiyev 2022-ci ilin fevralından başlayan müharibə çərçivəsində çoxsaylı hücumlarla üzləşib. İlkin şokdan sonra şəhər sakinləri dron və ballistik raket hücumlarına uyğunlaşaraq gündəlik həyatlarını müəyyən qədər davam etdirə biliblər.
04:36 06.09.2026
Oxunuş sayı: 36