Kamilə Vəliyevanın neytral statusu geri götürüldü
Rusiya fiqurlu konkisürəni Kamilə Valiyevanın beynəlxalq yarışlarda iştirakına imkan verən neytral statusu Beynəlxalq Konkisürmə İttifaqı (ISU) tərəfindən geri götürülüb.
Crossmedia.az xəbər verir ki, Beynəlxalq Konkisürmə İttifaqı bu barədə qərar qəbul edib.
Vəliyevaya neytral status avqustun 7-də verilmişdi. Bu status ona Rusiya bayrağı və himni olmadan ISU-nun himayəsi altında keçirilən beynəlxalq yarışlarda iştirak etmək imkanı yaradırdı.
İttifaqın qərarından sonra 20 yaşlı idmançının 2026/2027-ci il beynəlxalq mövsümündə yarışlarda iştirakı sual altına düşüb.
Məlumata görə, Vəliyevanın neytral statusunun geri götürülməsinə Ukrayna Fiqurlu Konkisürmə Federasiyasının ISU-ya müraciəti səbəb olub. Ukrayna tərəfi idmançının çalışdığı Tatyana Navkanın məktəbinin Avropa İttifaqının sanksiya siyahısında olduğunu əsas gətirib.
Vəliyeva qərardan apellyasiya verib
Qeyd edək ki, Valıyeva 2026-cı ilin yanvarında antidopinq qaydalarının pozulmasına görə tətbiq edilən dördillik diskvalifikasiyasını başa vurduqdan sonra karyerasını bərpa edib.
12:14 05.09.2026
Oxunuş sayı: 56