ABŞ Türkiyə bankını sanksiya siyahısına salıb
ABŞ Maliyyə Nazirliyi İranla əlaqələrə görə Türkiyənin Golden Global Bankını və onun törəmə strukturlarını sanksiya siyahısına daxil edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Vaşinqtonun məlumatına görə, bank İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) maraqları naminə on milyonlarla dollar həcmində əməliyyatlar həyata keçirib və Tehranın beynəlxalq bank sisteminə çıxışını təmin edib.
22:55 04.09.2026
Oxunuş sayı: 46