Rusiyada parlament seçkiləri üçün 152 ölkədə seçki məntəqəsi açılacaq
Rusiyada parlament seçkiləri üçün 152 ölkədə 319 seçki məntəqəsi açılacaq.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyi Dövlət Dumasına keçiriləcək seçkilərdə 152 ölkədə ümumilikdə 319 seçki məntəqəsinin fəaliyyət göstərəcəyini açıqlayıb.
Nazirlikdən bildirilib ki, seçki məntəqələrinin ünvanlarını Rusiya Mərkəzi Seçki Komissiyasının saytından və xaricdəki Rusiya diplomatik nümayəndəliklərinin elektron resurslarından yoxlamaq mümkündür.
22:00 04.09.2026
Oxunuş sayı: 45