Qəbələ cari mövsüm Premyer Liqada ilk qələbəsini İmişli üzərində qazanıb
Misli Premyer Liqasının IV turunda "Qəbələ" "İmişli"yə qalib gəlib.
Crossmedia.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.
Hesabı 15-ci dəqiqədə "qırmızı-qaralar"dan Kouya Mabea açıb. 45+2-ci dəqiqədə qonaq komanda hesaba tarazlıq gətirib. Dioqo Almeyda adını tabloya yazdırıb.
"Qəbələ"yə 3 xalı qazandıran qola isə 66-cı dəqiqədə Karim Rossi imza atıb.
19:56 04.09.2026
Oxunuş sayı: 41