Rusiyada dron hücumlarından zərərçəkənlərə yeni güzəşt hazırlanır
Rusiya hökuməti pilotsuz uçuş aparatlarının hücumlarından zərər görən obyektlərdə planlı və plandankənar qeyri-vergi yoxlamalarının ləğvini nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, “RBK” bu barədə Baş nazirin müavini Dmitri Qriqorenkoya istinadən məlumat yayıb.
Qriqorenko bildirib ki, məqsəd dron hücumlarından zərər çəkmiş təşkilat və mülki infrastruktur obyektlərinin üzərindəki inzibati yükü azaltmaqdır.
Onun sözlərinə görə, söhbət həm planlı, həm də plandankənar yoxlamaların dayandırılmasından gedir. Vergi yoxlamaları isə bu tədbirin əhatə dairəsinə daxil deyil.
Baş nazirin müavini qeyd edib ki, bununla bağlı normativ akt artıq hazırlanıb və tədbirin tətbiqinə hazırlıq yüksək səviyyədədir.
Yeni mexanizmin yalnız dron hücumlarından zərər görmüş marketpleys infrastrukturuna deyil, digər mülki infrastruktur obyektlərinə də şamil ediləcəyi bildirilir.
15:22 04.09.2026
Oxunuş sayı: 46