CROSSMEDIA - Yalçın Rafiyev Suriyaya dövlətçiliyin bərpası prosesində uğurlar arzulayıb
Gündəm

Yalçın Rafiyev Suriyaya dövlətçiliyin bərpası prosesində uğurlar arzulayıb

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rafiyev Suriyaya dövlətçiliyinin bərpasının çətin mərhələsində uğurlar arzulayıb.

Crossmedia.az xəbər verir ki, bu barədə nazir müavini Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən əş-Şibani ilə görüşdən sonra “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Əziz qardaşlar, səmimi qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Burada, Dəməşqdə, Azərbaycanın suriyalı qardaş və bacılarımızla həmrəyliyini ifadə etdik. Onlar dövlətçiliyin bərpası və Suriyanın dostları ilə əlaqələrin qurulmasının həlledici mərhələsinə qədəm qoyublar. Bu mühüm təşəbbüsdə sizə uğurlar arzulayıram”.

09:42 30.12.2024

Oxunuş sayı: 4589

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR