İrəvanın keçmiş merinin həbsi uzadılıb
İrəvanın keçmiş meri Qagik Beglaryan barəsində həbs qətimkan tədbirinin müddəti daha iki ay uzadılıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistan Prokurorluğu məlumatı təsdiqləyib.
Bildirilib ki, daha əvvəl siyasətçi barəsində İrəvanda ümumi dəyəri 40 milyon dollar olan 27 daşınmaz əmlakın qanunsuz mənimsənilməsi ittihamı ilə cinayət işi açılıb.
21:20 03.09.2026
Oxunuş sayı: 42