AZAL təyyarəsinin qəzası ilə bağlı Qroznıda çeçen dispetçer Ali İdrisov dindirildi
Qəzaya uğrayan Azərbaycan təyyarəsini Qroznıdan idarə edən dispetçer, keçmiş çeçen futbolçu (Terek FK) Ali İdrisov olub. Dünən o, müstəntiqlər tərəfindən dindirilib.
Crossmedia.az xəbər verir ki, təyyarə əvvəlcə GPS sistemindən məhrum edilib, daha sonra isə "Pantsir" zenit-raket kompleksi ilə vurulub.
Qroznıda təyyarəni koordinasiya edən dispetçer Ali İdrisovun sözlərinə görə, o, "xalça" planından təyyarənin vurulmasından 5 dəqiqə sonra xəbər tutub.
"Xalça" planı havada fövqəladə, müstəsna hallarda tətbiq olunur.
Hava məkanında sözügedən rejimin tətbiqindən xəbərdar olan pilotlar dərhal ehtiyat aerodromlara istiqamətləndilir.
Hadisədən sonra Hava Hərəkətinin İdarə Edilməsi üzrə Dövlət Korporasiyasının Çeçenistan bölməsinin əməkdaşları, o cümlədən Ali İdrisov, müstəntiqlər tərəfindən sorğu-suala tutulub.
Hazırda hadisənin təfərrüatları araşdırılır.
08:33 30.12.2024
Oxunuş sayı: 5709