Tibbdə YENİ ÜMİD: Semaglutidlə bağlı mühüm nəticə
Şəkərli diabet və piylənmənin müalicəsində geniş istifadə olunan semaglutid yaşlı və sağlam siçanların ömrünü uzadıb, həmçinin orqanizmdə yaşlanma ilə bağlı bir sıra dəyişiklikləri zəiflədib.
Crossmedia.az xəbər verir ki, alimlərin araşdırması “Nature” jurnalında dərc olunub.
Tədqiqatçılar 20 aylıq dişi siçanlara semaglutid tətbiq ediblər. Üç ay sonra heyvanlarda əzələlərin fəaliyyəti və koqnitiv funksiyaların yaxşılaşdığı müşahidə olunub.
Genlərin aktivliyinin təhlili isə yaşlanmanın bəzi xarakterik əlamətlərinin, o cümlədən xroniki iltihabın və toxumaların özünü bərpa etmək qabiliyyətinin azalmasının zəiflədiyini göstərib.
Alimlər bildiriblər ki, nəticələr semaglutidin yaşlanma ilə əlaqəli proseslərə təsir göstərə biləcəyinə dair yeni məlumatlar təqdim edir. Bununla belə, əldə olunan nəticələrin insanlara nə dərəcədə şamil edilə biləcəyini müəyyənləşdirmək üçün əlavə tədqiqatlara ehtiyac var.
17:33 03.09.2026
Oxunuş sayı: 38