UEFA Millətlər Liqası: Azərbaycan – Litva oyunu Gəncədə yox, Bakıda keçiriləcək
Azərbaycan və Litva milli komandaları arasında oktyabrın 4-də keçiriləcək qarşılaşmanın məkanı dəyişdirilib.
Crossmedia.az xəbər verir ki, AFFA-dan verilən məlumata görə, oyunun ilkin olaraq Gəncə şəhərində keçirilməsi ilə bağlı UEFA-nın müvafiq razılığı alınsa da tərəflər arasında aparılmış əlavə müzakirələr, eləcə də qarşılaşmanın təşkili ilə bağlı texniki və logistika məsələlərinin ümumi qiymətləndirilməsi nəticəsində qarşılaşmanın Bakıda keçirilməsi qərara alınıb.
Məkan dəyişikliyi artıq UEFA ilə də razılaşdırılıb.
Qarşılaşmanın yerinin dəyişdirilməsi Gəncə stadionunun oyunu qəbul etməyə hazırlığı ilə bağlı deyil.
21:51 02.09.2026
Oxunuş sayı: 49