CROSSMEDIA - Aktau yaxınlığında baş verən qəzada yaralanan Qırğızıstan vətəndaşları Bişkekə göndərilib
Gündəm

Aktau yaxınlığında baş verən qəzada yaralanan Qırğızıstan vətəndaşları Bişkekə göndərilib

Azərbaycan Hava Yollarına məxsus "Embraer-190" təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan Qırğızıstan vətəndaşları Bişkekə aparılıb.

Crossmedia.az xəbər verir ki, bu barədə respublika Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Qazaxıstanın Aktau şəhərində təyyarə qəzası nəticəsində xəsarət alan 3 Qırğızıstan vətəndaşının olduğu təyyarə sağ-salamat eniş edib. 

Məlumata görə, zərərçəkənlər artıq Milli Xəstəxanaya çatdırılıb və həkimlərin nəzarətindədirlər.

Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin Bakıdan Qroznıya uçan “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 67 nəfər olub, onlardan 38-i ölüb, 29-usağ qalıb.

Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, təyyarə Rusiya hava məkanında olarkən xarici fiziki və texniki təsirə məruz qalıb, idarəetməni tamamilə itirib və qarşı tərəfə yönəlib.

Daha sonra Rusiya prezidenti Vladimir Putin Azərbaycan lideri ilə telefon danışığı zamanı faciəvi insidentin Rusiya hava məkanında baş verməsi ilə əlaqədar üzr istəyib.

Samirə Şərif

05:49 30.12.2024

Oxunuş sayı: 5157

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR