Nərminə Mustafayeva etimadnaməsinin surətini Latviya XİN-ə təqdim edib
Azərbaycanın Latviyadakı səfiri Nərminə Mustafayeva etimadnaməsinin surətini Latviya Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokol idarəsinin rəhbəri vəzifəsini icra edən Zane Ventereyə təqdim edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Latviyadakı səfirliyinin sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Səfirlik səmimi qəbula və qarşıdan gələn rəsmi protokol tədbirləri barədə verilən məlumata görə minnətdarlığını bildirir", - məlumatda qeyd olunub.
Nərminə Mustafayeva Prezident İlham Əliyevin 12 avqust tarixli Sərəncamı ilə Azərbaycanın Latviyadakı səfiri təyin edilib.
17:53 02.09.2026
Oxunuş sayı: 51