Sandersdən 2028 seçkiləri ilə bağlı gözlənilməz cavab
ABŞ senatoru Berni Sanders 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməsi ilə bağlı suala ironik cavab verərək, özünü “40 yaşında” adlandırıb.
Crossmedia.az xəbər verir ki, Sanders 2028-ci il seçkilərində mümkün namizədliyi və konqresmen Aleksandriya Okasio-Kortezlə siyasi əlaqələri barədə danışıb.
Senator yaşını bilərəkdən zarafatla yanlış göstərərək, “40 yaşa çatdığını” və bu “qızıl yaşda” prezidentliyə namizəd olmaq üçün artıq özünü yaşlı hiss etdiyini deyib. O, buna görə 2028-ci ildə ABŞ prezidenti olmaq ehtimalının az olduğunu bildirib.
Sanders eyni zamanda Aleksandriya Okasio-Kortezlə danışdığını təsdiqləyib. Lakin onların söhbətlərinin məzmunu barədə məlumat verməkdən imtina edib.
Okasio-Kortezin 2028-ci ildə prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı sualı cavablandıran Sanders isə bunun onun şəxsi qərarı olduğunu bildirib və mövzuya dair əlavə şərh verməyib.
Qeyd edək ki, Okasio-Kortezin 2028-ci il prezident seçkilərində mümkün namizədliyi son dövrlərdə ABŞ-da geniş müzakirə olunur. Onun siyasi komandasında baş verən son dəyişikliklər də bu ehtimalla əlaqələndirilir.
15:33 02.09.2026
Oxunuş sayı: 32