Qəzzada gecə əməliyyatı: HƏMAS komandiri hədəfə alındı
İsrail ordusu Qəzza zolağında HƏMAS-ın hərbi təhlükəsizlik bölməsinin komandiri Təlal Mustafa Saleh Bədəvinin və təşkilatın digər üzvü Momen Səid Məhəmməd Əl-Həvarinin öldürüldüyünü açıqlayıb.
Crossmedia.az xəbər verir ki, İsrail Müdafiə Ordusu (IDF) bu barədə məlumat yayıb.
İsrail ordusunun məlumatına görə, hər iki şəxs son dövrlərdə İsrail hərbçilərinə və mülki şəxslərə qarşı hücumların hazırlanmasında, həmçinin HƏMAS-ın imkanlarının bərpasında iştirak edib.
IDF onların fəaliyyətinin atəşkəs rejiminin sistematik şəkildə pozulması olduğunu bildirib.
14:39 02.09.2026
Oxunuş sayı: 44