Putin Ukraynaya qarşı yeni mərhələni açıqladı
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya ordusuna Ukraynanın enerji sektoruna kütləvi zərbələr endirmək əmri verilib.
Crossmedia.az xəbər verir ki, "RİA Novosti" bu barədə məlumat yayıb.
Putin bu açıqlamanı Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində çıxışı zamanı səsləndirib. O, Ukraynanın Rusiyanın obyektlərinə zərbələr endirdiyini və buna cavab veriləcəyini bildirib.
Rusiya liderinin sözlərinə görə, Ukraynanın Qara və Azov dənizlərində mülki gəmiçiliyə hücumları nəticəsində təxminən 100 gəmi zərər görüb. O, bu hücumların vurduğu ümumi zərərin Rusiyanın ÜDM-nin təxminən 1 faizinə bərabər olduğunu deyib.
Putin qeyd edib ki, hücumlar nəticəsində dənizçilər, o cümlədən xarici ölkə vətəndaşları həlak olub. Onların arasında Azərbaycan və Türkiyə vətəndaşlarının da olduğunu bildirib.
Rusiya Prezidenti Ukraynanın Rusiyaya vurduğu zərərin kritik olmadığını, lakin müəyyən itkilərin mövcud olduğunu söyləyib. Onun sözlərinə görə, bundan sonra Moskvada Ukraynaya analoji şəkildə cavab vermək qərarı qəbul edilib.
Putin əlavə edib ki, Rusiyanın Ukraynanın ixracına endirdiyi zərbələr ölkədə valyuta, büdcə və bank böhranına səbəb ola bilər.
11:41 02.09.2026
Oxunuş sayı: 69