CROSSMEDIA - AZAL təyyarəsinin qara qutuları Braziliyaya göndəriləcək
Gündəm

AZAL təyyarəsinin qara qutuları Braziliyaya göndəriləcək

Azərbaycanın obyektiv və prinsipial mövqeyi nəzərə alınaraq, Azərbaycan Hava Yollarına məxsus və Aktau yaxınlığında qəzaya uğrayan “Embraer 190” tipli sərnişin təyyarəsinin "qara qutu"ları Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) göndərilməsi barədə qərar qəbul olunub. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

CENIPA-da "qara qutu"ların çatdırılması və oxunması prosesi azərbaycanlı mütəxəssislərin birbaşa müşayiəti və bilavasitə iştirakı ilə həyata keçiriləcək. Bununla yanaşı, Azərbaycan tərəfindən cəlb edilmiş bu sahədə ixtisaslaşmış beynəlxalq ekspertlər də bu prosesdə iştirak edəcəkdir. Bu yanaşma, qəza araşdırmalarının tam şəffaf və beynəlxalq standartlara uyğun şəkildə aparılmasını təmin etmək məqsədi daşıyır.

Bu addım həm də qəzaya dair araşdırmaların obyektivliyinə dair mümkün şübhələrin qarşısını almağa və nəticələrin beynəlxalq ictimaiyyət üçün etibarlılığını artırmağa xidmət edir. Azərbaycanlı mütəxəssislərin bilavasitə iştirak etməsi və beynəlxalq ekspertlərin prosesi müşayiət etməsi araşdırmanın əhatəliliyini və dəqiqliyini daha da gücləndirəcək.

Məlumat üçün bildiririk ki, CENIPA təyyarə qəzalarının araşdırılmasında yüksək texniki imkanlara malikdir. Mərkəz müasir avadanlıqlarla təchiz olunub və məlumatların deşifr edilməsi üçün beynəlxalq səviyyədə sertifikatlaşdırılmış laboratoriyalara sahibdir.

 

22:23

Aktau yaxınlığında qəza baş vermiş AZAL şirkətinə məxsus Embraer-190 təyyarəsinin qara qutuları Braziliyada yerləşən Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) göndəriləcək.

Crossmedia.az xəbər verir ki, Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına görə, hadisənin araşdırılması prosesi prezident Kasım-Jomart Tokayevin şəxsi nəzarətindədir. Qazaxıstan mətbuatı bildirir ki, qəzanın səbəblərinin mümkün qədər tez bir zamanda müəyyən edilməsi üçün bütün tədbirlər görülür.

Gültac Mehdizadə 

19:58 29.12.2024

Oxunuş sayı: 5979

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR