Rusiya təyyarə qəzası ilə bağlı məsuliyyəti Ukraynanın üzərinə yıxmağa çalışır
Rusiya dövlət mediası Azərbaycan təyyarəsinin qəzasını “Kiyevin təxribatı” adlandırmağa və onu Buça ilə müqayisə etməyə başlayıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bazar günü iki nəşrdə Qroznı səmasında baş verənlər Ukrayna tərəfindən mülki təyyarələrə müdaxilə məqsədi daşıyan qəsdən təxribat və terror aktı kimi qiymətləndirilir.
Rusiya tərəfi məsuliyyəti boynuna almaq əvəzinə məsuliyyəti Ukraynaya yükləməyə və ya onunla bölüşməyə cəhd edir.
15:33 29.12.2024
Oxunuş sayı: 6124