CROSSMEDIA - Tokayev AZAL təyyarə qəzası zamanı qəhrəmanlıq göstərənləri təltif etdi
Gündəm

Tokayev AZAL təyyarə qəzası zamanı qəhrəmanlıq göstərənləri təltif etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktauda qəzaya uğramış təyyarənin sərnişinlərinin xilas edilməsində vətəndaş məsuliyyəti, şücaət və peşəkarlıq göstərmiş ölkə vətəndaşlarını təltif edib.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, təltif olunanlar arasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, tibb işçiləri, polis əməkdaşları, Mangistau Regional Elektrik Şəbəkəsi Şirkətinin və Aktau Beynəlxalq Hava Limanının işçiləri var.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin qiymətləndirmələrə görə, təyyarə Rusiyanın hava məkanında vurulub. Qəza nəticəsində 6 Qzaxıstan vətəndaşı həlak olub.

Gültac Mehdizadə

15:27 29.12.2024

Oxunuş sayı: 6687

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR