Bu tədris mərkəzində ştat vahidi artırıldı
Vergilər Nazirliyinin Tədris Mərkəzinin ştat vahidi artırılıb.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla Tədris Mərkəzində ştat vahidlərinin sayı 30-dan 38-ə qədər artırılıb. Buraya 30 ştat vahidi vəzifəli şəxs və 8 ştat vahidi xidmət heyəti daxildir.
Bu Qərar 2025-ci il 1 yanvar tarixindən qüvvəyə minir.
15:26 29.12.2024
Oxunuş sayı: 5414