CROSSMEDIA - Kvotadan əlavə iş yerləri ilə bağlı qaydalar təsdiqlənib
Gündəm

Kvotadan əlavə iş yerləri ilə bağlı qaydalar təsdiqlənib

Kvotadan əlavə iş yerlərinin yaradılması qaydası təsdiq edilib.

Crossmedia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, işəgötürənlər kvotadan əlavə yaratdıqları iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi məqsədilə yeni iş yeri yaratmalı və həmin iş yeri ilə bağlı məlumatları vakansiya bankına təqdim etməlidirlər.

Hər bir işəgötürən üzrə kvotadan əlavə iş yerlərinin sayı işəgötürən üçün müəyyən edilmiş kvota miqdarınadək, lakin 15 (on beş) iş yerindən çox olmamalıdır.

15:23 29.12.2024

Oxunuş sayı: 6597

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR