CROSSMEDIA - Səbinə Əliyeva qəzada yaralananlara baş çəkib
Gündəm

Səbinə Əliyeva qəzada yaralananlara baş çəkib

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və Bakıya gətirilərək “Yeni Klinika”da müalicəsini davam etdirən şəxsləri ziyarət edib.

Crossmedia.az xəbər verir ki, bu barədə Ombudsmanın mətbuat xidmətindən bildirilib.

Başçəkmə zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və “Yeni Klinika”nın rəhbərliyi tərəfindən Müvəkkilə müalicə olunan şəxslərin vəziyyəti barədə ətraflı məlumat verilib.

Ombudsman qəza nəticəsində zərər çəkmiş şəxslər üçün yaradılmış şəraitlə tanış olub, onların hər biri ilə fərdi qaydada görüşüb, qayğıları və onları narahat edən məsələlərlə maraqlanıb.

Ombudsman təyyarə qəzası nəticəsində xəsarət almış şəxsləri ziyarət edib

 

14:48 29.12.2024

Oxunuş sayı: 4735

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR