Rusiyanın Novosibirsk vilayəti Qanunvericilik Məclisinin sədr müavini İlham Əliyevə başsağlığı verib
Rusiyanın Novosibirsk vilayəti Qanunvericilik Məclisinin sədr müavini Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Crossmedia.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verirəm.
Bu ağır itkinin kədərini bölüşürəm, yaralananların tezliklə sağalmalarını arzulayıram".
14:27 29.12.2024
Oxunuş sayı: 4699