CROSSMEDIA - Ekologiyaya ziyan vuran şəxslər 2500 manatadək cərimələnəcək
Gündəm

Ekologiyaya ziyan vuran şəxslər 2500 manatadək cərimələnəcək

Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər 2500 manatadək cərimələnəcək

Crossmedia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Belə ki, odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma nəticəsində ağacların, kolların və ya digər yaşıllıqların məhv edilməsinə və ya zədələnməsinə görə fiziki şəxslər 1000 manatdan 1200 manatadək məbləğdə, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə cərimə ediləcək.

14:01 29.12.2024

Oxunuş sayı: 3740

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR